İsraildən sonra HƏMAS İlon Maskı Qəzzaya çağırdı



 14:42 29.11.2023     269

HƏMAS-ın rəhbərlərindən biri olan Usamə Həmdan amerikalı milyarder İlon Maskı Qəzza zolağına getməyə çağırıb.

Demedia.az xəbər verir ki, o, bildirib ki, Mask İsrailin hücumları nəticəsində yaranan dağıntıları görmək üçün blokadada olan Qəzza zolağına getməlidir.

Qeyd edək ki, İlon Mask dünən İsrailə səfər edib və baş nazir Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də Həmas-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının üzvlərinin hücumuna məruz qalan Kfar Aza qəsəbəsinə baxış keçirib.

 Mask bir müddətdir qərb mətbuatı tərəfindən antisemitizmlə ittiham edilir.

Bahadur Seyidov