Ərdoğandan ŞOK: Qəzzada vəziyyət...



 16:02 29.11.2023     370

Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında gündəmdəki məsələlərlə bağlı qiymətləndirmələr aparıb.

Demedia.az xəbər verir ki, çıxışının əhəmiyyətli bir hissəsini İsrailin Qəzzada mülki qətliamına həsr edən prezident Ərdoğan, İsrailin baş naziri Netanyahu üçün “Qəzza qəssabı” ifadəsini işlədib:

“Əziz millətim, həmvətənlərim, sizi ən səmimi hisslərimlə salamlayıram.  Fələstinli qardaşlarımı və qurban olmuş Qəzzə xalqını ən səmimi hisslərimlə salamlayıram. Onlar 7 oktyabrdan bəri bəşər tarixinin ən xain hücumlarına məruz qalıblar. Məscidləri bombalanıb, məktəbləri dağıdılıb. 2 milyon insana qarşı soyqırımı törədilib, onların yeməyini, işığını, suyunu kəsib açıq havada həbsxanaya çevirdilər. Qəzzanı yandırıb dağıdıblar. Hər cür qəddarlıq ediblər.

İsrailin hücumunda 16 min qardaşımız şəhid olub, 35 mindən çox qardaşımız yaralanıb".

Bahadur Seyidov