Türk klubunda ağır vəziyyət - Zədəli oyunçu sayı çoxaldı



 16:28 29.11.2023     227

UEFA Avropa Konfrans Liqasının 5-ci həftəsində "Nordsjaelland" və "Fənərbaxça" komandaları Danimarkada üz-üzə gələcək.

Demedia.az xəbər verir ki, düşərgə heyətini açıqlayan sarı-göylülərin heyətində 7 futbolçu yoxdur.

"Fənərbaxça"dan Becao, Alexander Ciku, Serdar Aziz, Ferdi Kadıoğlu, Fred, Miha Zajc və Mert Hakan Yandaş oyunda iştirak edə bilməyəcək. 

Bu adlardan başqa UEFA siyahısında adı olmayan Səməd Akaydın, Emre Mor, Mert Müldür və Bartuğ Elmaz da heyətdə yer almayıb. "Nordjaelland" və "Fənərbaxça" 5-ci həftə matçında noyabrın 30-u üz-üzə gələcək.

Bahadur Seyidov