İsrail ordusu Livan ərazisinə atəş açıb - KİV



 17:39 29.11.2023     262

İsrail ordusunun sərhəddə keşik çəkən Livan hərbi maşınının yaxınlığına atəş açdığı bildirilib.

Demedia.az xəbər verir ki, Livanın rəsmi agentliyinin məlumatına görə, İsrail ordusu sərhəddəki Əl-Abad hərbi məntəqəsindən Livanın Hunin qəsəbəsində hərbi maşının patrul xidməti apardığı əraziyə atəş açıb.

Hücumun Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin hərbi məntəqəsinin yaxınlığında həyata keçirildiyi bildirilib və hadisədə itkinin olmadığı qeyd edilib.

Bahadur Seyidov