Səhv çap olunmuş 100 dollar satışa çıxarıldı - Bir tərəfi yoxdur



 19:29 29.11.2023     614

Halil Taş adlı vətəndaş 20 il əvvəl İstanbulda valyutadəyişmə məntəqəsində yığınlar arasından tapdığı səhv çap edilmiş 100 dollarlıq əskinasları satışa çıxarıb.

Demedia.az xəbər verir ki, Qaziantepdə yaşayan Halil Taş 20 il əvvəl İstanbulda getdiyi valyutadəyişmə məntəqəsində qüsurlu, bir tərəfi çapı olmayan 100 dollarlıq əskinas tapıb.

Əvvəlcə 100 dollarlıq əskinasın saxta olduğunu düşünən Taş, pulu tapdığı valyutadəyişmə məntəqəsi də daxil olmaqla, bir çox valyuta satıcılarında pul sayan maşınlardan keçirtdiyi pulun orijinal olduğunu və səhv çap olduğunu anlayıb. Pulun saxta olmadığını, 20 il əvvəl tapdığı səhv dollara görə 1000 dollar təklif aldığını deyən 64 yaşlı Halil Taş, sikkəni istəyənlərin onu araşdırıb maraqlanan kolleksiyaçılara sata biləcəyini söyləyib.

Aysun / Demedia.az