Nəzarətə alınan fələstinlilərin sayı 3325-ə yüksəlib



 17:02 29.11.2023     264

HƏMS-ın hücumundan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayı 3325-ə yüksəlib.

Demedia.az xəbər verir ki, bu barədə Fələstinin Əsirlər Dərnəyindən açıqlama verilib. Açıqlamada İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə basqınlar təşkil etdiyi bildirilib. İsrailin qüvvələri təkcə son basqınlar zamanı 35 fələstinlini nəzarətə götürdüyü bildirilib.

HƏMAS-ın hücumlarından sonra İsrail qüvvələrinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinliləri saxlamalarının artması diqqət çəkir.

Bahadur Seyidov