Yaponiyada ağır vəziyyət: Güclü partlamalar oldu



 20:28 29.11.2023     531

Yaponiyada vulkanik Niijima adasında baş verən partlayışda vulkanik qayaların hündürlüyü 200 metrə çatıb.

Demedia.az xəbər verir ki, noyabrın 23-də Yaponiyanın vulkanik Niijima adasında baş verən partlayışlar Yaponiya Sahil Mühafizəsi Qüvvələri tərəfindən qeydə alınıb.

Kameralara əks olunan görüntülərdə adadan tüstü qalxdığı görülərkən, partlayışın təsiri ilə ətrafa səpələnən vulkanik qaya parçalarının 200 metr yüksəkliyə çatdığı açıqlanıb.

Yaponiyadakı 14 mindən çox ada və adaların bəzilərinin vulkanik xüsusiyyətlərə malik olduğu məlumdur. Vulkanik fəaliyyət bəzən yeni torpaq kütlələrinin əmələ gəlməsinə səbəb olur.

Aysun / Demedia.az