Ərdoğan-Bahçeli görüşü baş tutdu



 17:23 29.11.2023     289

2024-cü ilin martında keçiriləcək yerli seçkilər öncəsi hazırlıqlar tam sürətlə davam edərkən, prezident Ərdoğan və MHP sədri Dövlət Baxçalının çoxdan gözlənilən görüşü Beştəpədə başlayıb.

Demedia.az xəbər verir ki, martda keçirilməsi planlaşdırılan yerli seçkilərdə heyətlər arasında danışıqlar baş tutub.

Görüşdə prezident Ərdoğan və MHP sədri Dövlət Baxçalının heyətlər tərəfindən həyata keçirilən işləri yekunlaşdıracağı bildirilərkən, ittifaq çərçivəsində nümayəndə heyətlərinin “yerlərə görə” strategiyasını yaratdığına diqqət çəkilir.

Cümhuriyyət qəzetində yer alan məlumata görə, AK Partiya və MHP 30 böyük şəhərdə seçkilərə ortaq namizədlə gedəcək. Bildirilir ki, 30 böyük şəhər arasından 2019-cu ildə olduğu kimi Adana, Mersin və Manisada da MHP-nin böyük şəhər bələdiyyə başqan namizədi dəstəklənəcək, digər böyük şəhərdə isə AK Partiyanın irəli sürdüyü bir ada dəstək veriləcək.

Bahadur Seyidov