İspaniyada 200-dən çox təşkilat hökumətdən İsraillə silah ticarətini kəsməsini tələb edib



 21:45 29.11.2023     267

İspaniyada 200-dən çox təşkilat 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə yaydığı birgə bəyanatda İspaniya hökumətindən İsraillə silah ticarətini kəsməsini istəyib.

Demedia.az xəbər verir ki, 200-dən çox təşkilat, o cümlədən İspaniyanın iki ən böyük həmkarlar ittifaqı və təşkilatlar "İsrail ilə silah ticarətinə son verək" başlıqlı kampaniya başlatdıqlarını açıqlayıb.Təşkilatların dərc etdikləri birgə bəyanatda qeyd olunub ki, hazırda İspaniya ilə Avropa arasında İsrailə silah, hərbi texnologiya və texnika ixracına nəzarəti tənzimləyən ümumi standartları müəyyən edən Avropa İttifaqı haqqında Müqavilənin bəzi maddələri pozulub.

Bahadur Seyidov