HƏMAS iki Rusiya vətəndaşını azad edib
Blokada altındakı Qəzza zolağında əsir saxlanılan iki Rusiya vətəndaşı Rusiya Prezidenti Vladimir Putinin səylərinə qarşılıq olaraq azad edilib.
Demedia.az xəbər verir ki, HƏMAS belə açıqlama verib. HƏMAS-ın açıqlamasında azad edilən iki məhbusun Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinə təhvil verildiyi bildirilib. Digər tərəfdən İsrail mətbuatı sözügedən əsirlərin Rusiya vətəndaşı olan iki israilli olduğunu yazıb.
Bahadur Seyidov