Quterreş Qəzza ilə bağlı çağırış etdi



 12:02 30.11.2023     302

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres İsrail və HƏMAS arasında əldə edilən humanitar fasilənin uzadılması üçün intensiv danışıqların davam etdiyini və Qəzzada humanitar atəşkəsə ehtiyac olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Quterreş BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında çıxış edib. O bildirib ki, Qəzza xalqı humanitar fəlakətin ortasındadır. Baş katib İsrailin hücumlarının başladığı gündən Fələstində 14 mindən çox insanın öldüyünü, on minlərlə insanın isə yaralandığını qeyd edib. Quterreş Qəzzada əhalinin 80 faizinin evlərini tərk etmək məcburiyyətində qaldığını, evlərin 45 faizinin dağıldığını və ya zərər gördüyünü, əhalinin getdikcə daha çox cənuba köçdüyünü bildirib.

Bahadur Seyidov