Rusiya Ukraynadakı müharibədə 300 mindən çox əsgər itirib - Stoltenberq



 11:20 30.11.2023     275

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynadakı müharibədə yüzlərlə təyyarə, minlərlə tank, eləcə də 300 mindən çox əsgər itirib.

Demedia.az xəbər verir ki, Yens Stoltenberq NATO xarici işlər nazirləri toplantısından sonra mətbuata açıqlam verib. O, NATO xarici işlər nazirləri toplantısında Ukrayna, Çin və Qərbi Balkanlar kimi bir çox mövzunu müzakirə etdiklərini bildirib. Stoltenberq Rusiyanın ələ keçirdiyi bölgələrin 50 faizinin Ukrayna ordusu tərəfindən geri alındığını bildirib.

Ukraynanın suveren dövlət kimi mövcudluğunu davam etdirdiyini və bunun ən mühüm nailiyyət olduğunu vurğulayan Stoltenberq Rusiyanın döyüşlərdə böyük itkilər verdiyini bildirib.

Bahadur Seyidov