İspaniyada Kral boykot edildi



 09:29 30.11.2023     298

Parlamentli monarxiya ilə idarə olunan İspaniyada Bask, Kataloniya və Qalisiya muxtar bölgələrindəki separatçı siyasi partiyalar parlamentdə yeni qanunvericilik dövrünü açan Kral VI Felipeni boykot ediblər.

Demedia.az xəbər verir ki, İspaniyada keçirilən növbədənkənar parlament seçkilərdən sonra Sosialist İşçi partiyasının lideri Pedro Sançesin parlamentdən etimad səsi almasından sonra yeni qanunvericilik dövrü başlayıb.

Kral VI Felipe yeni qanunvericilik dövrünün açılışı üçün Parlamentin Baş Assambleyasında çıxış edərkən, Kataloniya Respublikaçı Solçu və Kataloniya Uğrunda Birlik Bask bölgəsindəki EH Bildu və Galicia Milliyyətçi Bloku partiyaları İspaniya Kralını boykot edib.

​Bahadur Seyidov