“Qalatasaray” hansı halda qrupdan çıxa bilər?



 10:51 30.11.2023     245

"Qalatasaray" Çempionlar Liqasının 5-ci həftəsində evdə 2 dəfə geri düşməsinə baxmayaraq, "Mançester Yunayted"lə 3:3 hesablı heç-heçə edib.

Demedia.az xəbər verir ki, "Kopenhagen"in "Bavariya" ilə heç-heçəsindən sonra qrupda 3-cü pillədə qalan təmsilçimiz qrupdan çıxmaq üçün Danimarkada final matçına çıxacaq.

"Qalatasaray" qrupdan çıxmaq üçün "Kopenhagen"dən 3 xal almalıdır. Çempionlar Liqası. Təmsilçimiz Danimarkada keçiriləcək görüşdə qalib gəlsə, "Mançester Yunayted" - "Bavariya" matçının nəticəsindən asılı olmayaraq, qrupdan çıxacaq."Mançester Yunayted" "Bavariya", "Qalatasaray" isə "Kopenhagen"ə qalib gəlsə, növbəti mərhələyə adlayacaq və heç-heçə olarsa, britaniyalılar növbəti mərhələyə adlayacaqlar.
"Qalatasaray" heç-heçə edib, "Mançester Yunayted" "Bavariya" ilə xal itirsə, təmsilçimiz Avropa Liqasında mübarizəni davam etdirəcək.
“Qalatasaray” Kopenhagendə uduzsa, “Mançester Yunayted” “Bavariya”ya qalib gəlsə, “sarı-qırmızılar” Avropa ilə vidalaşacaq.

Bahadur Seyidov