İsrail və HƏMAS-dan ardıcıl bəyanatlar gəldi



 12:40 30.11.2023     298

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS ilə atəşkəsin daha çox girovu azad etmək səyləri fonunda davam edəcəyini bildirib.

Demedia.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada, "Vasitəçilərin azad edilməsi prosesini davam etdirmək səyləri işığında girovlar və razılaşmanın şərtlərinə uyğun olaraq, atəşkəs davam edəcək" - deyə qeyd olunub.

Razılaşmanın bir hissəsi olaraq, HƏMAS hərbi əməliyyatların dayandırıldığı hər əlavə gün üçün ən azı 10 girovu azad etməli olacaq. Mövzu ilə bağlı Həmasdan açıqlama verilib: “Atəşkəsi 7-ci gün uzatmağa razılaşdıq”.

İsrail və HƏMAS arasında vasitəçilik edən Qətər də "humanitar fasilənin" uzadıldığını təsdiqləyən açıqlama verib.

Bahadur Seyidov