Mədəaltı vəzin xəstə olduğunu göstərən 10 əlamət - Video



 11:05 30.11.2023     504

Mədəaltı vəzi elə bir orqandır ki, fəaliyyəti pozulanda sağlamlıq, sözün əsl mənasında, yoxa çıxır.

Mədəaltı vəzi qarın boşluğunda-mədənin arxasında, sol böyrəyin yanında, iki arxa fəqərə arasında yerləşir. Uzun, əyri formaya malikdir, baş, gövdə və quyruqdan ibarətdir. Vəzi bədəndə çox vacib funksiyanı yerinə yetirir. Nazik bağırsaqda zülalların, yağların və karbohidratların mənimsənilməsində iştirak edən fermentlər istehsal edir. Həmçinin, qanda şəkərin səviyyəsini tənzimləyən hormonu-insulini istehsal etmək də mədəaltı vəzinin vəzifələrindəndir. Mədəaltı vəzinin patologiyaları ciddi həzm pozğunluqlarına, diabetin inkişafına, digər təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Orqanda problem olmasının ilk işarəti qarının yuxarı hissəsində və ya sol böyürdə ağrının mövcudluğudur. Orqanizmin ümumi sağlamlığı naminə mədəaltı vəzinin vəziyyətinə nəzarət etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək lazımdır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az