Ərdoğan vaxt istədi: Marta qədər...



 17:40 30.11.2023     302

Rəcəb Tayyib Ərdoğan partiyasının qərargahında təşkil edilən Genişləndirilmiş İl Başçıları Yığıncağında yerli seçkilərlə bağlı diqqətçəkən mesajlar verib.

Demedia.az xəbər verir ki,çıxışında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu tənqid edən Ərdoğan bunları deyib:

“İstanbul yenə də bu ölkənin parollarından biri olacaq. İttifaqımızı daha da gücləndirəcəyik. Xalq İttifaqı seçkilərə doğru namizədlərlə girəcək. CHP başladığımız layihələri belə davam etdirə bilmədi. CHP-nin səriştəsizlərinin iqtidarında xalqı bezdirən bir şəhərə çevrildi İstanbul. İstanbul köhnə günlərini CHP zehniyyətinin əlində axtarır.

Millətimizi bundan xilas edəcəyik. Mart ayının sonunda bitəcək. Allahın izni ilə yüksək səs nisbətləri ilə yenidən qalib gələcəyik".

Bahadur Seyidov