Musleranın "Qalatasaray"da alternativi... - İlk təklif yoldadır



 19:15 30.11.2023     319

"Qalatasaray" mövsümün əvvəlində "Fənərbağça"dan "Mançester Yunayted"ə transfer olunan Altay Bayındırla maraqlanır. Sarı-qırmızılılar karyerasını yavaş-yavaş başa vuran Musleranın yerinə milli əlcəyi düşünür.

Demedia.az xəbər verir ki, ara transfer dönəmində "Qalatasaray"ın Altay Bayındır üçün "Mançester Yunayted"in qapısını döyəcəyi gözlənilir. Sarı-qırmızılılar burada maraqlandıqlarını bildirsələr də, mövsümün sonunda transferi tamamlamağı planlaşdırırlar.Altay Bayındır "Mançester Yunayted"lə anlaşan kimi Türkiyənin başqa komandasında oynamaq ehtimalının qapısını açıq qoyub. Bayındır açıqlamasında "Peşəkar oyunçuyam. Hər vəziyyətə peşəkarcasına yanaşıram. Fənərbaxçanın ürəyimdə xüsusi yeri var, amma axı biz peşəkar oyunçuyuq, həyatımıza belə baxmaq lazımdır" deyib.

Bahadur Seyidov