Ağır ziyan dəymiş 4 mərtəbəli bina saniyələr ərzində uçdu



 21:03 30.11.2023     662

Malatyanın Yeşilyurt səmtində ağır ziyan dəymiş 4 mərtəbəli bina söküntü zamanı inşaat maşınının bir neçə toxunuşu ilə bir neçə saniyə ərzində çöküb.

Demedia.az xəbər verir ki, mərkəzi Kahramanmaraş olan zəlzələlərdən böyük zərər görən Malatyada böyük ziyan dəymiş binaların söküntüsü davam edir. Bina ehtiyatının 70 faizinin zədələndiyi Yeşilyurt rayonunda bu gün söküntü davam edərkən, Çukurdere rayonunda ağır ziyan dəymiş bina iş maşınının bir neçə toxunuşu ilə saniyələr ərzində uçub.

Bölgədəki söküntü proseslərini izləyən Çukurdere Məhəllə Muxtarı Fatih Mehmet Gönültaş, məhəllələrində ağır ziyan görən binalarda söküntü prosesinin yüzdə 85-ə çatdığını və işlərin ilin sonuna qədər tamamlanacağını gözlədiklərini bildirdi.

Aysun / Demedia.az