Ölüm dairəsi! - Müəmmalı hadisə Türkiyədə də görüntüləndi



 21:34 30.11.2023     686

Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki bir fermada qoyunların 12 gün fasiləsiz dövrə vurması ilə bənzər mənzərə Afyonkarahisarda yaşanıb.

Demedia.az xəbər verir ki, qoyunların geri döndüyünü görən sürü sahibi əvvəlcə dronla heyvanları lentə alıb, sonra qoyunların tələf olmasının qarşısını almaq üçün dairəni qırıb.

Hadisə Afyonkarahisarın Sinanpaşa mahalının Tınastəpə qəsəbəsində yaylada baş verib. Pilotsuz təyyarə ilə sürü otarması ilə tanınan və sosial mediada böyük diqqət çəkən İlkay Tınaztəpə adlı sürü sahibi bir müddət əvvəl otardığı 40-a yaxın qoyun sürüsünün anormal davranışlar göstərdiyini görüb. Tınaztəpə daha sonra pilotsuz təyyarəni havaya qaldırıb və bir müddət sonra sürünün dayanmadan ağacların ətrafında dövrə vurmağa başladığını görüb.Vəziyyətdən əvvəlcə narahat olan Tınaztəpə, daha sonra sürünü pilotsuz təyyarə ilə bir müddət lentə alıb. sonra bir dostu ilə dairəni pozdu və heyvanları bir-birindən uzaqlaşdırdı ki, qoyunlar tələf olsun.

Aysun / Demedia.az