Putin xalqa səsləndi: 7-8 uşaq sahibi olun



 22:15 30.11.2023     242

Rusiya prezidenti Vladimir Putin Rusiyanın əhali probleminə toxunub.

Demedia.az xəbər verir ki, Putin belə deyib: 

"Bizim nənələrimizin və onların analarının dövründə 7-8 uşaqlı ailələr olub. Gəlin bu gözəl ənənəni canlandıraq".

Rusiya Dövləti illərdir əhalini artırmaq və gəncləşdirmək üçün siyasətlər hazırlayır. Milli Demoqrafik Layihə adı altında uşaq sahibi olan ailələrə sosial yardım dəstəyi və mənəvi dəstək göstərilsə də, bu siyasətlərin nəticəsi Putinin gözlədiyi kimi olmadı. İstədiyi nəticəni əldə edə bilməyən Putin hökumətə müraciət edib.

Bahadur Seyidov