Gənclərin bir-birinə söz atması dava ilə nəticələndi - VİDEO



 22:36 30.11.2023     750

Türkiyənin Pendik bölgəsində gənc qadınla kişi arasında söyüş məsələsinə görə mübahisə düşüb.

Demedia.az xəbər verir ki, müzakirə anları mobil telefonun kamerasına əks olunub.

Hadisə bu günlərdə Pendikdə baş verib. İddiaya görə, küçədə gedən iki vətəndaş arasında söz mübadiləsi ucbatından şifahi mübahisə yaranıb. Mübahisə böyüdükcə gənc qadın küçənin ortasında mübahisə etdiyi şəxsin üstünə qışqırmağa başlayıb.

Ətrafdakı vətəndaşların xəbərdarlığına məhəl qoymayan ikili küçənin ortasında uzun müddət mübahisə edib və bir-birini təhqir edib. Kişi hadisə yerini tərk etmək istəyərkən gənc qadın yaxınlarına zəng edərək “heç yerə getməyin, burada gözləyin” deyərək məlumat verib. Küçənin ortasında iki nəfərin mübahisəsi tərəflərin uzaqlaşması ilə bitib. Baş verənlər vətəndaşın mobil telefonunun kamerasına əks olunub.

Aysun / Demedia.az