Qırğızıstan bayrağını  dəyişir



 22:44 30.11.2023     293

 Qırğızıstan parlamenti ölkə bayrağında dəyişiklikləri nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Demedia.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb prezidentin və hökumətin müsbət qarşıladığı reqlamenti hazırlayanlar Qırğızıstan bayrağını təkmilləşdirməyi hədəflədiklərini bildiriblər. Qanun layihəsi ilə ölkə bayrağının ortasındakı dalğavari günəş şüaları yastılaşdırılacaq və bayrağın ortasındakı motivdəki sətirlərin sayı 3-dən 4-ə çatdırılacaq.

Bahadur Seyidov