Dünyanın ən böyük aysberqi 30 ildən sonra yerindən tərpəndi



 21:49 30.11.2023     287

Dünyanın ən böyük aysberqi 30 ildən sonra hərəkət edib.

Demedia.az xəbər verir ki, elm adamları son illərdə buz parçasında hərəkət siqnalları aşkar etsələr də, "A23” adlandırılan aysberq  yenidən hərəkətə  başlayıb.

30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan A23a-nın qalınlığı 400 metrə çatır. Alimlərin fikrincə, A23a-nın kütləsi son 35 ildə azalıb.

 Beləliklə, nəhəng buz parçası suyun səthində hərəkət edə biləcək qədər yüngülləşib.

Bahadur Seyidov