Həkimlər şəkər xəstələrindən bunu niyə gizlədir? - Video



 09:47 01.12.2023     574

Yəqin ki, şəkərli diabet zamanı hansı qidalardan uzaq durulmalı olduğunu bilirsiniz. Şəkərli diabeti idarə etməyə, hətta qarşısını almağa kömək edə biləcək sağlam və ləzzətli inqridientlərdən ibarət bir dünya var.

Yemək bişirmək üçün ən sağlam yağ sızma zeytun yağıdır. Onun tərkibində yüksək miqdarda antioksidantlar, unikal olein turşusu var. “Yaxşı xolesterol” olan lipoproteinlərin sıxlıq səviyyəsini artırır. Eyni zamanda, olein turşusu “pis xolesterol”un səviyyəsini azaldır. Pomidor A, E və K vitaminlərinin təbii mənbəyidir. Tədqiqatlar göstərir ki, gündə 1 pomidor yemək II tip diabet xəstələrində qan təzyiqini aşağı salır.

Sarımsaq yemək qanda şəkərin səviyyəsini aşağı salır-bu, minilliklərdir ki, bəşər övladına məlumdur.Yaxın illərdə sarımsaqla bağlı aparılan elmi araşdırmalardan biri diqqət çəkib. Həmin araşdırma zamanı 12 həftə ərzində hər gün rasionuna sarımsaq daxil edilən insanlar müşahidə edilib. Sonda məlum olub ki, həmin insanların qan təzyiqi 10 vahid azalıb. Üstəlik, sarımsaq karbohidrat mübadiləsində iştirak edən və ürək xəstəliyi riskini azaldan B6 vitamini ilə də zəngindir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az