Yapon alim Nişi onurğa və bel ağrılarını belə aağaldırdı! 2-ci qızıl qaydası - Video



 09:56 01.12.2023     524

Bel ağrılarından əziyyət çəkən insanların sayı günbəgün artmaqdadır. Onurğadakı diskomfort hissinin aradan qaldırılması və ağrıların azalması üçün yaponiyalı loğman Katsuzo Nişi`nin sistemini sizə təqdim edəcəyik.

Katsuzo Nişi ömrü boyu tibbi araşdırmalarla məşğul olub və öyrəndiklərini öz üzərində sınaqdan çıxarıb. Uzun illər ərzində topladığı təcrübəni, nəhayət, bir gün kitab halına salıb. Nişi düşünürdü ki, dərman preparatları, sadəcə, simptomları aradan qaldırır, xəstəliyin əsas səbəbini deyil. Beldəki ağrıların səbəbini onurğada və onurğaətrafı əzələlərin, vətərlərin qan dövranının pozulmasında axtarmaq lazımdır. Geniş yayılmış bir yapon məsəlində deyilir: «Əyilmiş boyun-gödək ömürün nişanəsidir». Bərk yastıq-beyin damarlarının aterosklerozunu müalicə edir və beyində qan dövranını yaxşılaşdırır, beyin damarlarında kristala çevrilməkdə olan zərərli maddələri əridir. Bərk yastıq həm də ona görə lazımdır ki,böyük yastıqda yatarkən boynunuz əyilir, ağzınız açıq qalır, nəfəsi ağızdan alırsınız, odur ki, boğazınız ağrıyır. Bəzən də başınız yastıqdan düşür. Bu da pis nəticə verir. Məlumat üçün deyim ki, Nişi öz yastığını ağacdan hazırlamışdı.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az