Türkiyəli futbolçu tarixi məğlubiyyətdən sonra....



 14:45 01.12.2023     220

UEFA Avropa Konfrans Liqasında tarixinin ən ağır itkilərindən birini alan "Fənərbaxça" "Nordjaelland"a 6-1 hesabı ilə uduzub.

Demedia.az xəbər verir ki,qarşılaşmadan sonra sarı-göylü komandanın futbolçusu İrfan Can Kahvecinin tribunada azarkeşlərlə problem yaşamasının səbəbi bəlli olub.

"Fənərbağça"nın futbolçusu İrfan Can Kahveci matç bitdikdən sonra tribunalara doğru qaçarkən, komanda yoldaşları və stadionun təhlükəsizliyinə müdaxilə edib ulduz futbolçu tutub.

Ortaya çıxan videoda pərəstişkarlarının İrfan Can Kahvecini təxribata çəkdiyi və "Seni şərəfsiz it. S... lan" kimi ifadələr işlətdiyi görülüb. Komanda yoldaşları tərəfindən çətinliklə sakitləşdirilən İrfan Can Kahveci , 62-ci dəqiqədə Cengiz Ünderin yerinə matça daxil olub.

Bahadur Seyidov