İsrail Yəməndə husi milislərinə məxsus hərbi obyekti vurdu



 15:45 01.12.2023     210

İsrail və HƏMAS arasında əsir razılaşması çərçivəsində qüvvəyə minən "humanitar fasilə" başa çatıb.

Demedia.az xəbər verir ki,  “Humanitar fasilə” başa çatdıqdan sonra İsrail ordusu bu dəfə başqa bir ölkəni hədəfə alaraq Qəzza zolağına hücumlarını bərpa edib.

İsrail Yəmənin Səna şəhərində İranın dəstəklədiyi Husi milislərinə məxsus hərbi obyekti döyüş təyyarələri ilə vurub. Qəzzada 7 gündür davam edən müvəqqəti atəşkəs bu səhər sona çatarkən, İsrail ordusu yenidən hücumlara başlayıb. Xan Yunusu hədəf alan İsrail ordusu 54 fələstinlini qətlə yetirərkən, bölgədən gələn xəbər hər kəsi narahat edib.

Bahadur Seyidov