Qonşuları dəli edən mexanizm - Evə gələn qaçır



 21:03 01.12.2023     534

Türkiyədə yaşayış mühitində xoşagəlməz hadisə baş verib.

Demedia.az xəbər verir ki, Güngörendə 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan iki qardaş evlərinin hər otağına quraşdırdıqları xüsusi səs sistemləri ilə qonşularını narahat edib. Qardaşların yuxarı mərtəbəsində mənzil alanlar səs-küydən qurtulmağın çarəsini evlərini satışa çıxarmaqla tapıblar. Çoxsaylı şikayətlərdən sonra polis qrupları çilingərlə birlikdə mənzilə daxil olub, mexanizmləri söküb və iki qardaş barəsində məhkəmə prosesi başlayıb.

Hadisə Güngören Akıncılar Məhəlləsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə baş verib. İddialara görə, Erdal və Emrah Yıldız qardaşları yaşadıqları evin hər otağına ayrıca səs sistemi quraşdırıblar. Qardaşlar bəzi otaqlarda səsgücləndiricilər vasitəsilə musiqi çalıb, otaqlardan birinin tavanına xüsusi motorlu səs sistemi quraşdırıblar. Yıldız Kardeşler bu mexanizmləri bayram və axşam saatlarında açmağa üstünlük verib. Hadisə baş verən binadan mənzil alanlar çarəni evlərini satışa çıxarmaqla tapıblar. Bina və ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis qrupları sövq edilib. Evdə heç kim olmadığından qruplar çilingər tərəfindən açılan mənzilə daxil olduqdan sonra işləyən səs sistemləri ilə qarşılaşıblar.

Aysun / Demedia.az