Dünya çempionunun acı həyatı: Zəlzələdən sonra hər iki ayağı...



 23:09 01.12.2023     726

Orta məktəbdə oxuyarkən milli folklorşünas kimi dünya çempionu olan 60 yaşlı Ayşə Kəskin zəlzələdən sonra hər iki ayağını itirib.

Demedia.az xəbər verir ki,  3 dekabr Dünya Əlillər Günü üçün həftələrlə hazırladıqları xalq oyunları şousunda yoldaşları və onları müalicə edən səhiyyə işçiləri ilə birlikdə zeybek və Ankara mahnıları ifa ediblər.

Şou üçün son məşqlərini edən xəstələr arasında 6 fevral zəlzələsindən sonra xəstəxanada müalicə alan zəlzələ qurbanları da var. Çam və Sakura Şəhər Xəstəxanası Fizika Müalicə və Reabilitasiya Xəstəxanası koordinatoru Prof. Dr. Evrim Coşkun 12 əlil xəstənin iştirak etdiyi xalq oyunları şousu ilə əlillərin hər şeyə nail ola biləcəyini göstərmək məqsədi daşıdıqlarını qeyd edib.

Verilişə hazırlanan xəstələr arasında Adıyamanda 6 fevral faciəsini yaşayan 60 yaşlı Ayşe Kəskin və onun 30 yaşlı oğlu Berat Furkan Keskin də olub. 5 gün dağıntılar altında həyat mübarizəsi aparan və yaralı olaraq xilas edildikdən sonra hər iki ayağı amputasiya edilən Ayşe Keskin ilk dəfə Dəmirörən Xəbər Agentliyinə yaşadıqlarını danışarkən zaman zaman göz yaşlarını saxlaya bilməyib.

Aysun / Demedia.az