İsrail ordusu Qəzza zolağında dörd girovun öldüyünü təsdiqləyib



 21:30 02.12.2023     160

İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülən dörd girovun öldüyünü təsdiqləyib.

Məlumata görə, Qəzza zolağında dörd girov - Eliyahu Marqalit, Mia Qoren, Ronen Engel və Arye Zalmanoviç ölüblər. Ölən girovların ailələrinə artıq bu barədə xəbər verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.

Daha əvvəl bildirilib ki, fələstinli radikallar evlərindən oğurlanan 17 qadın və uşaq da daxil olmaqla 136 nəfəri girov saxlamağa davam edirlər. İsrail ordusu girovları geri qaytarmaq üçün bütün vasitələrə əl atacaq.