Başgicəllənmənin 11 vacib səbəbi - Sən demə... - Video



 11:02 04.12.2023     598

Demək olar ki, hər 3 insandan biri tez-tez başgicəllənməsi ilə üz-üzə qalır. Lakin bu vəziyyəti yaradan səbəblər haqqında çox az adam məlumatlıdır.

Yuxusuzluq. Adətən, bu səbəb o qədər də ciddiyə alınmır. Lakin unutmaq olmaz ki, 7 saatdan az yatırsınızsa, başgicəllənməsinin olması labüddür. Yuxusuzluq nəinki baş gicəllənməsi, bir sıra psixoloji və fiziki problemlərə də səbəb olur. Ona görə yuxu rejiminizə diqqət edin.

Panika və əndişə. Həyəcan pozğunluğu və panika, nigaranlıq da başgicəllənməsinə gətirib çıxara bilir. Bəzən aldığımız hansısa pis xəbər buna səbəb ola bilir. Sağlamlığınız üçün ruhi sabitliyinizi qorumalısınız;

 

İnfarkt və ürək çatışmazlığı. Əslində, bunlar başgicəllənməsinin səbəbləri deyil, nəticələridir desəm, daha doğru olar. Sadəcə, demək istədiyim odur ki, hər iki halın baş verməsindən qısa zaman öncə başgicəllənməsi yaşanır;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərə başgicəllənmənin səbəbləri barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az