Enməmiş xaya nədir? Uşaq hansı yaşda əməliyyat olunmalıdı? - Video



 11:08 04.12.2023     447

Uşaq ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, böyrəklər səviyyəsində, bel nahiyəsində qoyulur.

Bətndaxili inkişafda xaya xayalığa doğru enməyə başlayır, nəticədə 8 – 9 – cu aylarda xayalığa enir. Körpə doğularkən hər iki xaya xayalıqda olmalıdır. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur və xaya enməli olduğu yolun hər hansı bir hissəsində qalır xayalığa qədər enmir. Xayanın xayalıqdan kənarda, enməli olduğu nahiyə boyunca hər hansısa səviyyədə qalmasına kriptorxizm deyilir.

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az