Cinsi yolla yoluxan ölümcül xəstəlik - HİV(QİÇS, SPİD) - Video



 14:49 05.12.2023     671

HİV (İnsan İmmun virusu,İİV) qan və qorunmayan cinsi əlaqə yolu ilə ötürülən və bədənin müxtəlif toxumalarında yerləşə bilən, ancaq əsas təsirlərini immun sisteminə göstərən bir virusdur.

HİV, əsasən CD4 + T linfositlər (CD4 hüceyrələri) adlanan ağ qan hüceyrələrini məhv edərək immun sistemini boğur və bədəni infeksiyalara qarşı həssaslaşdırır. Nəticədə normal şəraitdə müalicə edilə bilən vərəm, ishal, menengit, sətəlcəm kimi xəstəliklər orqanizmə ciddi zərər verir, bəzi hallarda xərçəng xəstəlikləri də müşahidə olunur. Günümüzdə HİV üçün hazırlanmış dərmanlar, virusun bədəndə çoxalmasını və immunosupressiv təsirini əngəlləyir, HİV pozitiv insanların uzun və sağlam bir ömür sürməsini təmin edir. Bunun üçün müalicəyə erkən başlamaq və mütəmadi olaraq həkim nəzarətinə davam etmək vacibdir.

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az