ŞOK! Nəşə, Patı çəkənlər xərçəng olmur? Narkoloqdan ŞOK FAKTLAR - Video



 14:54 05.12.2023     652

 

“Patı” mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotik maddədir: “Belə maddələrdən ən çox tanınanı kokaindir, lakin “patı”, yəni metamfetamin laborator şəraitdə hazırlanan tam sintetik maddədir.

Əhali arasında daha çox "patı" və "şüşə" kimi tanınmasının səbəbi həmin maddənin kimyəvi tərkibi və görünüsünün şüşə qırıntılarını xatırlatmasıdır. İnternetdə metamfetamin haqqında çoxlu yalan məlumatlar paylaşılır, yanlış təbliğat aparılır. Gənclər də məlumatsız olduqları üçün belə yalan xəbərlərə aldanırlar. Xüsusilə depressiv gənclər bu maddənin depressiyadan çıxaracaq xüsusiyyətinə malik olması yalanına uyur və metamfetaminin istifadəsinə başlayırlar. Metamfetamini bir dəfə istifadə etməklə bədəndəki enerji sərfiyyatı ani olaraq artır. Nəticədə, istifadəçi uzun müddət yuxusuz və ac qala bilir. Ona görə də, əvvəllər metamfetamin istifadəçilərinə uzun yol maşın sürən sürücülər arasında daha çox rast gəlirdik. Həmin sürücülər düşünürlər ki, “patı” istifadə etməklə uzun müddət oyaq qala biləcəm və iş qabiliyyətim artacaq. Belə təbliğatlara qətiyyən uymaq olmaz. Metamfetamin çox təhlükəli maddədir. Orqanizm 6-7 saat işləmək qabiliyyətinə malikdir. Enerji sərfiyyatının bərpası üçün bu müddətdən sonra mütləq yatmaq lazımdır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az