Palma yağı niyə ucuzdur? Marketdəki hansı ərzaqlarda palma yağı var? - Video



 14:59 05.12.2023     568

Marketdə satılan hansı məhsullarda palma yağı var?

İndoneziyada və Malayziyada bitən bir palma növündən əldə edilən palma yağı dünya miqyasında sənaye xammalı kimi istifadə edilir. Bu palma məhsuldardır. Emal edilən qidaların və qablamalı məhsulların istehsalında daha çox üz tutulan palma yağı sözügedən palmanın meyvələrindən alınır.

Mübahisəli mövzulardan biri də, palma yağı ilə xurma yağının eyni şey olub-olmamasıdır. Məlumat üçün deyim ki, hər iki yağ eyni bitki ailəsinin nümayəndələrindən əldə edilir. Üstəlik, qeyd etməliyəm ki, palma yağının öz təsirini göstərməsi üçün onu 2000C-lik istiliyə məruz qoymaq lazımdır. Palma yağları yüksək temperaturda rafinə edildiyi üçün zərərli hala gəlir. Yüksək istiliyə məruz qalmasının səbəbi isə təbii qırmızı rənginin itirilməsi və tünd qoxusunun yox edilməsidir. Düzdür, mütəxəssislər palma yağının zərərli olub-olmaması barədə mübahisə edirlər, fikirlər çoxdan haçalanıb. Yenə də, istifadə seçimi sənin, mənim və digərlərinin seçiminə qalıb.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu səbəbləri barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az