Əməliyyat etməyə ehtiyac yoxdur? - Anadangəlmə ürək qüsuru - Video



 15:04 05.12.2023     659

Anadangəmə ürək qüsurları ən çox yayılan doğum defektidir.  Anadangəlmə ürək qüsuru körpə bətndə olarkən baş verən problemlər səbəbindən yaranar və körpənin ürəyinin strukturuna, çalışma mexanizminə mənfi yöndə təsir edər.

Anadəngəlmə ürək qüsurlarının etiologiyası xromosom pozuntuları (5%), gen mutasiyası (2-3%), ətraf mühit faktorları (1-2%), irsi meyillilikdən (90%) ibarətdir. Bir ürək qüsurlu uşağın müalicəsi və əməliyyatında 30-dan çox tibb işçisi məşğul olur: anestezioloqu ayrı, əməliyyatdan sonra tibb bacısı, pediatrı, kardioloqu. Bu qədər insanın içində sadəcə bir kişi işini düzgün etməzsə, yaxşı nəticəyə gəlmək mümkün deyil. Hətta ən yaxşı cərrah olsa belə.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az