Göbələk xəstəliyi zamanı düzgün qidalanma necə olmalıdır? - Video



 15:39 05.12.2023     903

Səthi göbələk xəstəlikləri dərinin səthində baş verən yoluxucu infeksiyalardır. Bu infeksiya kişilərdə dəridə, əllərdə, ayaqlarda, saçlarda, dırnaqlarda, cinsiyyət orqanlarında və saqqal hissəsində müşahidə oluna bilər.

Dermatofit infeksiyaları dəri səthində baş verən ən çox yayılmış göbələk xəstəlikləridir. Dermatofitlər keratinləşdirilmiş toxumalara nüfuz edir. Bu səbəbdən dəri, saç və dırnaq kimi keratin toxumalarında xəstəliyə səbəb olurlar. Göbələk xəstəlikləri insanlardan, heyvanlardan və torpaqdan keçə bilər. Göbələk insanın həyat rahatlığını azaltmaqla yanaşı, estetik baxımdan da insanın həyatına mənfi təsir göstərə bilər.

Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az