Cinsi yolla keçən virus - Papilloma virusu - Video



 15:46 05.12.2023     759

 

Papilloma virusu, genetik material olaraq DNT tərkibli bir virusdur. Virus, 55 nm ölçülü bir ikozahedral quruluşa (20 tərəfli) malikdir.

HPV kiçik ölçüsü sayəsində bədənin kiçik çatlaqlarından belə insana yoluxa bilər. HPV-nin 100-dən çox bilinən alt tipi var. HPV alt tiplərindən ən azı 14-nün xərçəngə səbəb olduğu müəyyən edilmişdir. HPV xəstəliyindən bəhs edildikdə, uşaqlıq boynu xərçəngi başa düşülür. Bu səbəbdən, servikal xərçəng əlamətlərini HPV simptomları arasında saymaq faydalıdır. Bu simptomlar: Menstruasiya dövrləri arasında ara qanaxma Uzun və ya ağır menstrual qanaxma Vaginal ifrazatın artması Ağrılı, cinsi əlaqə zamanı qanaxma Postmenopozal qanaxma Pelvik bölgədə ağrı

Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az