DİQQƏT! Qızılcaya yoluxmamaq üçün bunu mütləq edin! - VİDEO



 17:05 05.12.2023     502

Təkcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bir ay ərzində qızılca simptomları ilə 64 müraciət daxil olub.

Kürdəmir rayonunda isə bu xəstəliklə əlaqədar son 10 gündə 60-a yaxın müraciət qeydə alınıb. Pediatr-infeksionist Aytən Ziyadova deyib ki, qızılcanın anidən yayılmasına səbəb uşaqların peyvənddən yayındırlmasıdır. Xüsusilə də pandemiya dövrünə düşən peyvəndlənmə dönəmində yayınmalar daha çox olub. İnfeksionist bildirib ki, digər xəstəliklər kimi, qızılcanın da ağır fəsadlarından qorunmaq üçün peyvənd olunmaq mütləqdir. Xəstəliyin ağırlaşması gözün buynuz qişasının zədələnməsi, pnevmaniya və digər hallarla müşahidə oluna bilər. Aytən Ziyadova qeyd edib ki, qızılca xəstəliyinin yoluxma sürəti qrip virusundan 6 dəfə çoxdur. Bu səbəbdən də 7-10 gün ərzində ev şəraitində, ağırlaşma halında isə xəstəxanada müalicə edilməsi və sahə həkiminə müraciət olunması mütləqdir

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.