DİQQƏT! Qızılcaya yoluxmamaq üçün bunu mütləq edin! - Video



 14:52 06.12.2023     884

Son günlər ölkə ərazisində qızılca xəstəliyinə yoluxan uşaqların sayı artıb. Təkcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bir ay ərzində qızılca simptomları ilə 64 müraciət daxil olub.

Pediatr-infeksionist Aytən Ziyadova deyib ki, qızılcanın anidən yayılmasına səbəb uşaqların peyvənddən yayındırlmasıdır. Xüsusilə də pandemiya dövrünə düşən peyvəndlənmə dönəmində yayınmalar daha çox olub. İnfeksionist bildirib ki, digər xəstəliklər kimi, qızılcanın da ağır fəsadlarından qorunmaq üçün peyvənd olunmaq mütləqdir. Xəstəliyin ağırlaşması gözün buynuz qişasının zədələnməsi, pnevmaniya və digər hallarla müşahidə oluna bilər. Aytən Ziyadova qeyd edib ki, qızılca xəstəliyinin yoluxma sürəti qrip virusundan 6 dəfə çoxdur. Bu səbəbdən də 7-10 gün ərzində ev şəraitində, ağırlaşma halında isə xəstəxanada müalicə edilməsi və sahə həkiminə müraciət olunması mütləqdir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az