Prostat vəzin adenoması nədir? Simptomları hansılardır? - Video



 14:59 06.12.2023     647

Prostat vəzinin adenoması bir çoxlarına məlumdur ki, ahıl yaşlı kişilərdə ən çox rast gəlinən patologiyalardan biridir. Risk qrupunda kimlərdir?

50 yaşdan yuxarı kişilər. Hiperplaziya ən azı hər iki ikinci kişidə rast gəlinir, bununla yanaşı xəstəlik bütün sosial və professional qrupları əhatə edir – həm sürücüləri, həm sahibkarları, həm evliləri, həm subayları. Adenomanın ölçülərinin böyüməsi sidik kanalının sıxılmasına səbəb olur və bu aşağıdakı simptomların yaranmasına səbəb olur:

  • Tez-tez sidik ifrazı
  • Gecə saatlarında sidik ifrazının artması ki bu da yuxuya mane olur
  • Sidik axının, təzyiqinin azalması, qırıq-qırıq sidik ifrazı
  • Sidik ifrazına istəkdən sonra dərhal sidiyin xaric edilməsi
  • Sidik kisəsinin tam boşalmaması hissi, sidik ifrazının 5-10 dəqiqə ara ilə təkrarlanması                    

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az