Əməliyyat edilmir? - Ağciyər arteriya qapağının darlığı - Video



 15:10 06.12.2023     567

Anadəngəlmə ürək qüsurlarının etiologiyası xromosom pozuntuları (5%), gen mutasiyası (2-3%), ətraf mühit faktorları (1-2%), irsi meyillilikdən (90%) ibarətdir.

Bir ürək qüsurlu uşağın müalicəsi və əməliyyatında 30-dan çox tibb işçisi məşğul olur: anestezioloqu ayrı, əməliyyatdan sonra tibb bacısı, pediatrı, kardioloqu. Bu qədər insanın içində sadəcə bir kişi işini düzgün etməzsə, yaxşı nəticəyə gəlmək mümkün deyil. Hətta ən yaxşı cərrah olsa belə. Pulmoner arteriyalardakı bu tıxanma ağciyərlərə və kifayət qədər oksigen almayan digər orqanlara zərər verə bilər. Ciddi bir vəziyyətdir və bərpa həftələr və ya aylar çəkə bilər.Ürəyin sağ mədəciyində oksigen miqdarı az olan qan ağciyər arteriyası adlanan arteriyalarla ağ ciyərlərə aparılır. Ağciyərlərdə oksigen ilə zənginləşdirildikdən sonra pulmoner damarlar tərəfindən yenidən ürəyə aparılır. Bu oksigen baxımından zəngin qan ürək tərəfindən vücudunuzun qalan hissəsinə vurulur.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az