İnflyasiya çox sürətlə düşəcək - Ərdoğan



 17:01 06.12.2023     321

Qətərdən qayıdan təyyarədə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandıran prezident Ərdoğan, baha qiymətlər və inflyasiya ilə bağlı qiymətləndirmələr edib.

Demedia.az xəbər verir ki, Ərdoğan bunları deyib:

"İllik inflyasiya baza təsirinə görə iyun ayına qədər yüksək qalacaq. İyun ayından sonra isə çox sürətlə aşağı düşəcək. Fürsətçilik və hədsiz qiymət artımı ilə mübarizə sahəsində yoxlama və cəza icra vəzifələrimizi həyata keçiririk. Bunu edərkən müvafiq qurumlarımız inflyasiya ilə mübarizə proqramına uyğun olaraq koordinasiyalı şəkildə işləyir. Digər tərəfdən tələb, təklif, ehtiyat, ixrac və idxal məlumatları demək olar ki, hər gün yoxlanılır. Bazarda qıtlığın qarşısını almaq və buna uyğun olaraq həddindən artıq qiymət artımının qarşısını almaq üçün ciddi tədbirlər görmüşük və 6 aydır bazarda mal qıtlığı müşahidə olunmur".

Bahadur Seyidov