Bu şəxslər işdən azad oluna bilməz! - Video



 15:12 06.12.2023     628

Məcəlləyə görə, ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müvafiq məlumatlarla  yanaşı, əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. 

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

İşdən azad olunan işçiyə aşağıdakı ödənişlər verilməlidir: Faktiki işlədiyi günə qədər hesablanmış əmək haqqı Əvvəlki illər və ya aylara görə istifadə edilməmiş məzuniyyətin kompensasiyası Qanuna uyğun olaraq işdən çıxarılma müavinəti

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az