Türkmənistanda 51 milyard dollarlıq layihə...



 19:00 06.12.2023     310

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz rəsmi təmaslar aparmaq üçün Türkmənistana gəlib.

Demedia.az xəbər verir ki,Yılmaz ilk olaraq Ruhiyet Köşkündə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla görüşüb.

Görüşdən sonra Yılmaz və onu müşayiət edən nümayəndə heyəti Türkmənistanın İstiqlal Abidini ziyarət edərək əklil qoyub. Daha sonra 10-cu Türkmənistan Türkiyə İxrac Məhsulları Sərgisinin açılışına qatılan Yılmaz, oradakı çıxışında Türkmənistanla ikitərəfli ticarətin əhəmiyyətli sürət qazandığını vurğulayaraq, Türkiyənin Türkmənistanın ixracatında ikinci, idxalda isə birinci yerdə olduğunu ifadə edən Yılmaz, "" 2022-ci ildə ticarət dövriyyəmiz 2 milyard dolları keçdi.Ölkəmizin Türkmənistana yatırdığı sərmayələr 147 milyon dollar səviyyəsinə çatdı.Yenə Türk podratçılarımız Türkmənistanda bu günə qədər 51 milyard dollar dəyərində 1080 layihə həyata keçirərək Türkmənistanın simvolik reallaşmasına öz töhfələrini verdilər.

Bahadur Seyidov