Uşağın bağırsağı deşilə bilər! - Maqnit udan uşaq - Video



 16:24 07.12.2023     677

Yad cisim aspirasiyası bütün dünyada yayğın bir problemdir. Adətən uşaqlıqda görünməklə yanaşı nadirəndə olsa böyüklərdə də rast gəlinən və bəzən ölümlə nəticələnən ciddi problemdir.

Yemək borusunda və tənəffüs yollarında yad cisimlərin qalması halları bir neçə aylıq uşaqdan, 17-18 yaş arasına qədər olan yeniyetmələrə qədər müşahidə olunur. Yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır. Son zamanlar daha çox 20 qəpik udulması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma baş verir.

Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az  Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az