İnqalyasiyanın yan təsirləri hansılardır? - Video



 16:39 07.12.2023     768

 

İnqalyasiya dərmanların və ya digər maddələrin tənəffüs yolu ilə bədənə daxil olmasına aiddir. Bu üsul ümumiyyətlə dərmanların tənəffüs yolu ilə təyinat yerinə tez və effektiv şəkildə çatdırılmasına imkan verir.

İnqalyatorlardan, eləcə də digər tibbi prosedurlar üçün nəzərdə tutulan alətlərdən həkim təyinatı və nəzarəti olmadan istifadə etmək qətiyyən düzgün deyil. İnqalyatorların müxtəlif növləri var. Bu növlər hər bir xəstəlik və xəstə üçün fərdi göstəricilər əsasında müəyyənləşdirilir. Yalnış cihaz seçimi xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. İnqalyatorda istifadə ediləcək dərmanı yalnız həkimlər fərdi olaraq, göstəriş əsasında təyin etməlidir. Özbaşına istifadə edilən hər bir dərman vasitəsinin əlavə və yan təsirləri ola bilər. Bəzən bu əlavə və yan təsirlər hətta həyat üçün təhlükə yarada bilər.

Allerqoloq-Terapevt Gülnar Quliyeva mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Allerqoloq-Terapevt Gülnar Quliyeva "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az