BƏƏ-də Putinə möhtəşəm xoş gəlmisiniz!



 19:30 07.12.2023     251

Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Rusiya prezidenti Putin dünən prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən rəsmi mərasimlə qarşılanıb. Putin üçün hazırlanan təmtəraqlı qarşılanma mərasimi diqqət çəkib.

Demedia.az xəbər verir ki, Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Kremldən verilən məlumata görə, Əbu-Dabidəki Qəsr Əl Vətən sarayında keçirilən Putin-Əl Nəhyan görüşündən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Rusiya ilə BƏƏ arasında əlaqələrin görünməmiş səviyyəyə çatdığına diqqət çəkən Putin, iki ölkənin administrasiyalarının daim təmasda olduğunu bildirib. Putin, "Birləşmiş Ərəb Əmirlikləri Rusiyanın ərəb dünyasındakı əsas ticarət tərəfdaşıdır. Ötən il ticarət həcmi yüzdə 67,7 artdı, bu il daha da artacağını düşünürəm. Eyni şey investisiya fəaliyyətlərinə də aiddir" dedi. BƏƏ prezidenti Əl Nahyan da Rusiya ilə BƏƏ arasındakı əlaqələrin tarixi olduğunu bildirib və əlavə edib: "Son illərdə əlaqələr hər iki ölkənin və xalqın maraqlarına uyğun olaraq müxtəlif sahələrdə fəal şəkildə inkişaf edib". Rusiya prezidenti Vladimir Putinin təyyarəsini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edərkən raketlərlə təchiz edilmiş 4 Su-35 döyüş təyyarəsi müşayiət edib. Rusiya Müdafiə Nazirliyinin yayımladığı videoya görə, Putinin olduğu İL-96 model prezident təyyarəsini müşayiət etmək üçün döyüş təyyarələri də havaya qalxıb.Putinin təyyarəsinin hər iki tərəfində iki nəfərdən ibarət qruplar halında yerləşən Su-35S model döyüş təyyarələri hava-hava hədəflərini vurma qabiliyyətinə malik olan R-73 və R-77 raketlərini daşıdığı görüldü. Putin paytaxt Əbu-Dabiyə enənə qədər Rusiya döyüş təyyarələri onun səfərini müşayiət etməyə davam edib.