Qaz xəttlərinin yerini dəyişmək üçün nə etmək lazımdır? - Video



 12:59 11.12.2023     621

Novxanı qəsəbəsi, bağ massivində yaşayan vətəndaşlardan biri Sumqayıt Qaz İstismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib.

O, həyətyanı evinin qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1 200-ə yaxın abonent qazsız qalıb. Bu barədə məlumat daxil olan kimi Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb. Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az